...

Suriya hökuməti və müxalifəti arasında əsas danışıqlar bazar ertəsi başlayacaq

Dünya xəbərləri Materials 25 Yanvar 2014 20:48 (UTC +04:00)
Suriya hökuməti və müxalifəti arasında əsas danışıqlar Cenevrədə bazar ertəsi başlayacaq, bundan əvvəl yalnız məsləhətləşmələr olub.
Suriya hökuməti və müxalifəti arasında əsas danışıqlar bazar ertəsi başlayacaq

Azərbaycan, Bakı, 25 yanvar /Trend/

Suriya hökuməti və müxalifəti arasında əsas danışıqlar Cenevrədə bazar ertəsi başlayacaq, bundan əvvəl yalnız məsləhətləşmələr olub. Trend RİA Novosti agentliyinə istinadən bu barədə şənbə günü jurnalistlərə Suriya müxalifətinin nümayəndə heyətinin rəsmi nümayəndəsi Luay Safi bildirib.

"İndi yalnız məsləhətləşmələr aparılıb. Əsas danışıqlar bazar ertəsi başlayacaq. Danışıqlar zamanı biz keçid hökumətinin yaradılmasını müzakirə edəcəyik", - Safi deyib.

"Cenevrə-2" beynəlxalq konfransı çərçivəsində Suriya hakimiyyətinin müxalifət nümayəndə heyəti ilə görüşün ilk mərhələsi şənbə günü baş tutub, danışıqlarda BMT və ƏDL-in xüsusi nümayəndəsi Lahdar Brahimi iştirak edib.

Xəbər lenti

Xəbər lenti