Azərbaycan, Bakı, 28 yanvar / Trend /
Türkiyə XİN Ukrayna hökumətini müxalifətlə kompromisə gəlməyə və bununla da münaqişəni daxildə həll etməyə çağırır. Bu barədə Trend Anadolu agentliyinə istinadən məlumat verir.
Nazirliyin bəyanatında deyilir ki, Türkiyə Ukraynada hadisələrin gedişatını diqqətlə izləyir.
"Türkiyə ümid edir ki, Ukrayna hökuməti ölkə daxilində müxalifətlə danışıqlar vasitəsilə münaqişənin həll edəcək. Tərəflərə kompromis əldə etmək lazımdır", - XİN-in məlumatında deyilir.