...

Dövlət Dumasının deputatı: Yaxın günlərdə Krıma humanitar yardım layihəsinin reallaşdırılmasına başlamaq olar

Dünya xəbərləri Materials 28 Fevral 2014 12:12 (UTC +04:00)
RF Prezidentinin sərəncamına uyğun olaraq, yaxın günlərdə Krıma humanitar yardım göstərilməsi üzrə iri layihənin reallaşdırılmasına başlamaq olar.
Dövlət Dumasının deputatı: Yaxın günlərdə Krıma humanitar yardım layihəsinin reallaşdırılmasına başlamaq olar

Azərbaycan, Bakı, 28 fevral / Trend/

RF Prezidentinin sərəncamına uyğun olaraq, yaxın günlərdə Krıma humanitar yardım göstərilməsi üzrə iri layihənin reallaşdırılmasına başlamaq olar. Bunu cümə günü RF Dövlət Dumasının MDB məsələləri və həmvətənlərlə əlaqə Komitəsinin rəhbəri Leonid Slutski bəyan edib. Trend-in məlumatına görə, xəbəri Rusiya KİV-i yayıb.

Dünən Prezident Vladimir Putin hökumətə müxtariyyət rəhbərliyinin müraciətinə uyğun olaraq Krıma humanitar yardım göstərilməsi məsələsi üzərində işləməyi tapşırıb.

Slutski cümə günü keçirilən plenar iclasda çıxışı zamanı deyib: "Biz qardaş Ukrayna xalqı ilə daim bir yerə olmuşuq, bir yerdəyik və bir yerdə olacağıq. Bu tezisin əsasında Prezidentin ilk növbədə Ukraynanın cənub-şərqinə və Krıma humanitar yardım göstərilməsi haqqında qərarı durur. Bu iri humanitar layihədə Dövlət Dumasının bütün fraksiyaları iştirak edə bilərlər. Hesab edirəm ki, bu, yaxın günlərdə reallaşdırılmasına başlana biləcək humanitar layihədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti