Azərbaycan, Bakı, 4 mart/Trend/
ABŞ sanksiyalar tətbiq edəcəyi təqdirdə, Rusiya digər valyutalara keçmək və öz hesablama-ödəniş sistemini yaratmaq məcburiyyətində qalacaq. Trend-in çərşənbə axşamı RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidentinin köməkçisi Sergey Qlazyev deyib.
S.Qlazyev bildirib: "Şimal və cənubdakı tərəfdaşlarımızla yaxşı ticari-iqtisadi əlaqələrimiz var. Biz təkcə ABŞ-dan maliyyə asıllığımızı aradan qaldırmayacağıq, həmçinin bu sanksiyalardan mənfəət qazanaraq çıxacağıq".
Qeyd edək ki, hazırda ABŞ Ukraynadakı vəziyyətlə bağlı Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi nəzərdən keçirir.