...

Ali Rada Krım parlamentinin səlahiyyətlərinin vaxtından əvvəl dayandırılmasına dair qərar qəbul edib (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 15 Mart 2014 16:11 (UTC +04:00)
Ukrayna Ali Radası Krım Muxtar Respublikasının Ali Şurasının səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması haqqında qərar layihəsini qeydiyyata alıb.
Ali Rada Krım parlamentinin səlahiyyətlərinin vaxtından əvvəl dayandırılmasına dair qərar qəbul edib (ƏLAVƏ OLUNUB)

Yeni məlumat əlavə olunub (ilk xəbər saat 14:36-da yayılıb)

Azərbaycan, Bakı, 15 mart /Trend/

Ukrayna Ali Radası Krım Muxtar Respublikasının Ali Şurasının səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması haqqında qərar layihəsini qeydiyyata alıb. Trend-in məlumata görə, bu barədə "İnterfaks" xəbər yayıb.

Qərar layihəsi şənbə günü qeydiyyata alınıb, onun müəllifi Ali Radanın sədri, dövlət başçısı səlahiyyətlərinin icraçısı Aleksandr Turçinovdur.

İzahedici qeyddə bildirilir ki, Ukraynanın Konstitusiya Məhkəməsi 15 mart 2014-cü il tarixli qərarında belə nəticəyə gəlib ki, Krım Muxtar Respublikasında yerli referendumun keçirilməsi haqqında Krımın Ali Şurasının qətnaməsi ölkə Konstitusiyasına cavab vermir.

Sənəddə deyilir: "Krım Muxtar Respublikasının Ali Şurasının səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması Konstitusiya qaydalarına riayət edilməsini təmin edəcək, Muxtar Respublika ərazisində siyasi vəziyyətin sabitləşməsinə kömək edəcək".

Ukrayna Ali Radası Kiyev hakimiyyətini tanımayan və muxtar respublikanın statusuna dair bu yaxınlarda referendum keçirəcək Krım parlamentinin səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması barədə qərarı qəbul edib. Trend xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Ukrayna parlamentinin məlumatında deyilir: "Ali Rada "Krım Muxtar respublikasının Ali Radasının səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması haqqında" qərar qəbul edib".

Xatırladaq ki, Krım parlamenti martın 6-da Rusiyaya birləşmək haqqında qərar qəbul edib. Həmçinin deputatlar yarımadanın statusunun müəyyən edilməsi üzrə referendumun martın 16-na təyin edilməsinə səs veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti