Azərbaycan, Bakı, 22 may /Trend/
Ukraynanın Donetsk vilayətinin Volnovaxa şəhəri yaxınlığında döyüşlərdə 8 Ukrayna hərbçisi ölüb, daha 18 nəfər yaralanıb. Trend-in "RBK-Ukrayna" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə "İnformasiya Müqaviməti" qrupunun üzvü, Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Dmitri Tımçuk öz "Facebook" səhifəsində yazıb.
D.Tımçuk bildirib: "Rubejnoye və Volnovaxa yaxınlığında terrorçu qruplarla Ukrayna güc strukturları qüvvələri arasında silahlı toqquşmalar olub. ATƏ [antiterror əməliyyatları] qüvvələri tərəfdən həlak olanlar var. Xüsusilə Volnovaxa ətrafında, bizim məlumatlarımıza görə, səkkiz Ukrayna hərbçisi həlak olub, 18-i yaralanıb".
O əlavə edib: "Qeyd etmək lazımdır ki, bu yaşaşyış məntəqəsi əsas "terror yuvası"ndan - Slavyansk və Kramatorskdan kifayət qədər uzaq məsafədə yerləşir. ATƏ zonasında yetərincə güc və vasitə cəmləşdirildiyi faktını nəzərə alaraq yenidən ATƏ rəhbərliyinin effektivliyi və kompotentliyi məsələsi kəskin şəkildə durur".