...

Misirdə "Müsəlman qardaşlar" partiyası ləğv edildi

Dünya xəbərləri Materials 9 Avqust 2014 16:59 (UTC +04:00)
Misirin Ali İnzibati Məhkəməsi "Müsəlman qardaşlar"ın siyasi qanadı olan Azadlıq və Ədalət Partiyasının ləğv edilməsi haqqında yekun qərar çıxarıb.
Misirdə "Müsəlman qardaşlar" partiyası ləğv edildi

Azərbaycan, Bakı, 9 avqust/Trend/

Misirin Ali İnzibati Məhkəməsi "Müsəlman qardaşlar"ın siyasi qanadı olan Azadlıq və Ədalət Partiyasının ləğv edilməsi haqqında yekun qərar çıxarıb. Bu barədə Trend şənbə günü İTAR-TASS-a istinadən məlumat verir.

Əslində partiya fəaliyyətini 2013-cü ilin noyabrında dayandırmışdı. O vaxt Ali Hakimlər Kollegiyası onun ləğv edilməsini tövsiyə etmişdi.

Misir qanunlarına əsasən, dini prinsiplər üzrə partiya yaratmaq yolverilməzdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti