...

Türkiyədə eyni anda 155 təhsil ocağının açılışı keçirilib

Dünya xəbərləri Materials 18 Noyabr 2014 14:08 (UTC +04:00)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada ölkənin Təhsil Nazirliyinə məxsus 155 təhsil ocağının açılışında iştirak edib.
Türkiyədə eyni anda 155 təhsil ocağının açılışı keçirilib

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada ölkənin Təhsil Nazirliyinə məxsus 155 təhsil ocağının açılışında iştirak edib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "TRT Haber" telekanalı məlumat verib.

Məlumata əsasən, təhsil ocaqlarının açılışı videokonfrans vasitəsilə keçirilib.

Təhsil ocaqlarının açılışında ölkənin təhsil naziri Nabi Avçı, diyanət işləri naziri Mehmet Görməz və Türkiyə Baş nazirinin müavini Yalçın Ağdoğan iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti