Azərbaycan, Bakı, 28 noyabr /Trend/
Xalq qoşunu dəstələri "Cebhat ən-Nusra" yaraqlılarının Hələbdən qərbə doğru əz-Zəhra və Mayer şəhərləri arasında növbəti irəliləyiş cəhdini dəfə pozublar. Trend RİA Novosti agentliyinə istinadən bu barədə məlumat verir.
Livanın "Əl-Mayadin" telekanalının məlumatına görə, islamçılar əz-Zəhra şəhərinin şimal-şərqində yeni cəbhə xəttinin açılmasına və şəhərin ələ keçirilməsinə çalışıblar. Eyni zamanda yaraqlıların digər qrupları şəhərə cənub və cənub-şərq istiqamətlərdən hücum ediblər. Xalq qoşunu dəstələri islamçıların bütün hücumlarını dəf edə biliblər.
Telekanalın məlumatına görə, döyüş zamanı "Cebhat ən-Nusra"nın "özbək batalyonu"nun səhra komandiri Əbu Xəttab əl-Özbəki öldürülüb.
Əz-Zəhra şəhəri Hələb şəhərindən 30 kilometr qərbdə yerləşir və orada əsasən şiələr məskunlaşıb. "Cebhat ən-Nusra" dəstəsinin 800 islamçısı təxminən bir həftədir ki, şəhəri ələ keçirməyə çalışırlar.