...

AirAsia-nın lisenziyası ləğv oluna bilər

Dünya xəbərləri Materials 3 Yanvar 2015 13:20 (UTC +04:00)
İndoneziya Nəqliyyat Nazirliyi yanında Aviasiya Departamentinin direktoru Coko Muratmoco Malayziyanın "AirAsia" aviaşirkətinin ölkə ərazisində yay uçuşlarının ləğv edilə biləcəyini istisna etməyib.
AirAsia-nın lisenziyası ləğv oluna bilər

Azərbaycan, Bakı, 3 yanvar /Trend/

İndoneziya Nəqliyyat Nazirliyi yanında Aviasiya Departamentinin direktoru Coko Muratmoco Malayziyanın "AirAsia" aviaşirkətinin ölkə ərazisində yay uçuşlarının ləğv edilə biləcəyini istisna etməyib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, buna səbəb kimi aviaşirkətin sərnişin təyyarəsinin Yava dənizində qəzaya uğraması göstərilir.

Onun sözlərinə görə, nazirlik araşdırmaya təşəbbüs göstərib: "Airbus"un İndoneziyada lisenziyasının ləğv edilməsi imkanı mövcuddur".

Xatırladaq ki, dekabrın 28-də aviadispetçer xidməti İndoneziyanın Surabaya şəhərindən Sinqapura uçan Malayziyanın "Air Asia" şirkətinin təyyarəsi ilə əlaqəni itirib. Onun göyərtəsində 162 nəfərə yaxın sərnişin olub. Cakartanın dispetçer məntəqəsi yerli vaxtla saat 06:17-də QZ 8501 reysi ilə əlaqəni itirib. İndoneziya Nəqliyyat Nazirliyinin nümayəndəsinin sözlərinə görə, təyyarənin pilotları əlaqə kəsiləndən əvvəl qeyri-adi marşrut tələb ediblər.

Qəzadan kiminsə sağ qalmaq ehtimalı demək olar yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti