Azərbaycan, Bakı, 3 yanvar /Trend/
Liviyada bir qrup silahlı şəxs hərbçilərin nəzarət-buraxılış məntəqəsinə hücum edib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, hücum nəticəsində 17 nəfər ölüb.
Onlardan 14-ü hərbçi, 3-ü isə dinc sakindir. Bundan başqa, hücum edənlər 3 hərbi maşını ələ keçiriblər.
Hadisəyə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.