...

Prezident Ərdoğanın telefonu 50 dəfədən çox dinlənilib

Dünya xəbərləri Materials 21 Yanvar 2015 10:59 (UTC +04:00)
Baş nazir olduğu dönəmlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın telefonu hüquq-mühafizə orqanlarındakı Fətullah Gülən tərəfdarları tərəfindən 50 dəfədən çox, milli kəşfiyyatın rəhbəri (MİT) Hakan Fidanın telefonu isə 53 dəfə dinlənilib.
Prezident Ərdoğanın telefonu 50 dəfədən çox dinlənilib

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Baş nazir olduğu dönəmlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın telefonu hüquq-mühafizə orqanlarındakı Fətullah Gülən tərəfdarları tərəfindən 50 dəfədən çox, milli kəşfiyyatın rəhbəri (MİT) Hakan Fidanın telefonu isə 53 dəfə dinlənilib. Bu barədə Trend çərşənbə günü Anadolu agentliyinə istinadən xəbər verir.

Qeyd edək ki, Fətullah Gülən hazırda ABŞ-da yaşayan din xadimidir.

Agentliyin hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən verdiyi məlumata görə, ölkənin enerji və təbii sərvətlər naziri Taner Yıldızın telefonu da dinlənilib.

Ümumilikdə, 31 dövlət məmurunun, eləcə də onların ailə üzvlərinin telefon söhbətləri dinlənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti