...

Türkiyədə zəlzələ əhali arasında təşviş yaradıb

Dünya xəbərləri Materials 4 Fevral 2015 11:19 (UTC +04:00)
Türkiyənin cənub-şərqində yerləşən Van vilayətində Rixter cədvəli üzrə 4,1 bal gücündə zəlzələ baş verib.
Türkiyədə zəlzələ əhali arasında təşviş yaradıb

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin cənub-şərqində yerləşən Van vilayətində Rixter cədvəli üzrə 4,1 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend çərşənbə günü Türkiyənin Anadolu agentliyinə istinadən xəbər verir.

Türkiyənin Boğaziçi Universitetinin Qəndilli Rəsədxanasının və ölkənin Seysmik Araşdırmalar İnstitutunun məlumatına görə, yeraltı təkanlar fevralın 4-də yerli vaxtla saat 02:48-də qeydə alınıb.

İlkin məlumatlara görə, tələfat və dağıntı yoxdur. Zəlzələ əhali arasında təşviş doğurub.

Yeraltı təkanlar qonşu vilayətlərdə də hiss olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti