...

Frankfurtda etirazlar zamanı 88 polis və 100 aksiyaçı yaralanıb (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 18 Mart 2015 16:03 (UTC +04:00)
Bu gün səhər saatlarından Almaniyanın Franfurt-Mayn şəhərində başlayan qanunsuz etiraz aksiyaları zamanı mindən çox qanun pozuntusu aşkar edilib.
Frankfurtda etirazlar zamanı 88 polis və 100 aksiyaçı yaralanıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 18 mart /Trend/

Bu gün səhər saatlarından Almaniyanın Franfurt-Mayn şəhərində başlayan qanunsuz etiraz aksiyaları zamanı mindən çox qanun pozuntusu aşkar edilib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, aksiyalar zamanı 88 polis xəsarət alıb.

Şəhər yanğınsöndürmə xidmətinin nümayəndəsi "Sputnik" agentliyinə bildirib ki, polislərin etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə etməsi nəticəsində aksiya iştirakçılarından təxminən 100 nəfər xəsarət alıb.

Frankfurtda Avropa Mərkəzi Bankının yeni mənzil-qərargahının açılmasına qarşı keçirilən aksiyaların təşkilatçısı olan "Blockupy" solçu radikal hərəkatının nümayəndələri qeyd ediblər ki, polislərin su şırnaqları və gözyaşardıcı qazlardan istifadə etməsi nəticəsində çoxsaylı xəsarət alanlar var.

Şəhərin mərkəzində etiraz aksiyaları davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti