Azərbaycan, Bakı, 14 aprel /Trend/
Xakasiyada yanğınlar nəticəsində xəsarət almış insanların sayı 850 nəfəri ötüb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, indiyədək 850 xəsarət alan şəxsə ambulator tibbi yardım göstərilib.
Xəsarət alanlardan 60-ı dövlət tibb müəssisələrində stasionar müalicə alır.
Qeyd edək ki, aprelin 12-də baş vermiş güclü yanğın nəticəsində 23 nəfər ölüb, 5 min nəfər evsiz qalıb. Baş vermiş hadisə ilə bağlı cinayət işi qaldırılıb.