Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbirlər Ümid Niayeş, Elmira Tariverdiyeva/
Ermənilərin "soyqırım" iddialarını tanımaq tələbi tarixçilərin öhdəsinə buraxılmalıdır. Bunu Trend-ə açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.
Səfir bildirib ki, yalnız tarixçilər keçmişdə baş vermiş hadisələrlə bağlı fikir bildirmək səlahiyyətinə malikdir: "Siyasətçi isə öz növbəsində, gərginliyi azaltmaq və münaqişələri həll etməyə kömək etmək məqsədilə bəyanatlar verməlidir".
M.Pakayin əlavə edib ki, ölkələr arasında mübahisələrə gətirib çıxaran tarixi məsələlər siyasətçilər tərəfindən qaldırılmamalıdır.