...

Belçikalı türklər etiraz aksiyası keçiriblər

Dünya xəbərləri Materials 24 May 2015 00:40 (UTC +04:00)
Belçikada yaşayan türklər 1915-ci il hadisələri ilə bağlı etiraz aksiyası keçiriblər.
Belçikalı türklər etiraz aksiyası keçiriblər

Azərbaycan, Bakı, 24 may /Trend/

Belçikada yaşayan türklər 1915-ci il hadisələri ilə bağlı "Məni də dinlə" adlı etiraz aksiyası keçiriblər. Bu barədə Trend Anadolu agentliyinə istinadən xəbər verir.

Aksiyada 3000-dən artıq insan iştirak edir. Etiraz edənlər Ermənistanı arxivləri açıb hadisələri araşdırmağa çağırırlar.

Ermənistan və erməni lobbisi bildirir ki, Türkiyənin sələfi - Osmanlı imperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı "soyqırımı" törədib. Ermənilər dünya ölkələrində bu qondarma erməni "soyqırım"ın təbliğatını gücləndirərək, bəzi dövlətlərin parlamentləri tərəfindən onun tanınmasına nail olublar.

Qeyd edək ki, Türkiyə dəfələrlə 1915-ci il hadisələri barədə həqiqətlərin araşdırılması üçün arxivləri açmağa hazır olduğunu bəyan edib. Həmçinin Ermənistanı bu məsələ ilə bağlı birgə komissiya yaratmağa çağırıb. Lakin Ermənistan bu təklifə məhəl qoymur.

Xəbər lenti

Xəbər lenti