Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir Rufiz Hafizoğlu/
İranın iqtisadiyyat və energetika sahələrində inkişaf etməsi Türkiyəyə sərf edir. Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata əsasən, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bildirib.
Onun sözlərinə görə, İrana qarşı tətbiq edilən sanksiyaların gözlənilən ləğvi dünya bazarında neftin qiymətinə təsir edəcək ki, bu da ilk növbədə Ankaraya sərf edir.
Nazir İranın Türkiyə üçün regionda əhəmiyyətli ölkələrdən biri olduğunu qeyd edib.