...

Türkiyə-Gürcüstan birgə hərbi dəniz təlimləri keçirilib

Dünya xəbərləri Materials 26 Sentyabr 2015 17:58 (UTC +04:00)
Gürcüstanın və Türkiyənin Sahil Mühafizə Xdiməti əməkdaşlarının birgə hərbi dəniz təlimləri keçirilib.
Türkiyə-Gürcüstan birgə hərbi dəniz təlimləri keçirilib

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

Gürcüstanın və Türkiyənin Sahil Mühafizə Xdiməti əməkdaşlarının birgə hərbi dəniz təlimləri keçirilib.

Trend-in məlumatına görə, bu barədə Sərhəd Polisinə istinadən "Qruziya Online" xəbər verib.

Məlumatda qeyd olunur ki, birgə təlimlər Gürcüstanın sərhəd sularında keçirilib. Təlimlərdə Türkiyənin bir sərhəd kateri, Gürcüstanın isə iki sərhəd kateri iştirak edib.

Birgə hərbi dəniz təlimlərində Türkiyə və Gürcüstanın Sahil Mühafizə Xidmətinin əməkdaşları axtarış və xilas edilməsi ilə bağlı birgə manevrlər ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti