Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin Diyarbəkir vilayətində Quran kursları binasında baş vermiş yanğın nəticəsində 6 uşaq həlak olub.
Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, yanğın zamanı daha 3 uşaq tüstüdən zəhərlənib.
Yanğının səbəbi barədə məlumat verilmir.