Bakı. Rufiz Hafizoğlu - Trend:
2016-cı ilin əvvəlindən 463 Türkiyə vətəndaşında "donuz qripi" virusu aşkar edilib. Trend-in məlumatına görə, bunu Türkiyənin səhiyyə naziri Mehmet Müəzzinoğlu deyib.
Qeyd edilir ki, bu dövr ərzində Türkiyədə "donuz qripi"ndən 14 nəfər ölüb.
İlin əvvəlindən 2905 nəfər "donuz qripi" şübhəsi ilə ölkə xəstəxanalarına müraciət edib. Onların arasında digər ölkələrin vətəndaşları da olub.