Bakı. Trend:
Türkiyənin baş naziri Əhməd Davudoğlu Səudiyyə Ərəbistanının Ciddə şəhərinə gəlib.
Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata əsasən, nazirlə birlikdə Ciddəyə baş nazirin müavini Yalçın Akdoğan, daxili işlər naziri Efkan Ala, milli müdafiə naziri İsmət Yılmaz, iqtisadiyyat naziri Mustafa Elitaş, nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binalı Yıldırım gəliblər.
Qeyd olunur ki, Davutoğlu Məkkəyə gedərək, Ümrə ziyarəti edəcək.