Bakı. Trend:
Rusiya bütün ölkələrin hava sərhədlərinə hörmət etməlidir, həmçinin Türkiyənin.
Trend-in Milliyet qəzetinə istinadən verdiyi məlumata görə, bunu Er-Riyade-də mətbuat konfransında baş nazir Əhməd Davutoğlu deyib.
Dünən (29 yanvar, 2016-cı il) saat 11:46-da Rusiya Hava Qüvvələrinə məxsus SU-34 qırıcı təyyarəsi Türkiyənin hava məkanını pozub.