...

ABŞ-da məktəbdə atışma: 2 ölü

Dünya xəbərləri Materials 13 Fevral 2016 02:05 (UTC +04:00)
Arizona ştatında məktəbdə baş vermiş atışma nəticəsində 2 şagird həyatını itirib.
ABŞ-da məktəbdə atışma: 2 ölü

Bakı. Trend:

ABŞ-ın Arizona ştatında məktəbdə baş vermiş atışma nəticəsində 2 şagird həyatını itirib. Bu barədə Trend "İnterfaks" agentliyinə istinadən xəbər verir.

Atəşin kim tərəfindən açıldığı məlum deyil. Hadisə yerli vaxtla saat 08:00-da baş verib.

Qeyd olunur ki, məktəbdə ümumilikdə 2000-dən çox şagird təhsil alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti