...

İŞİD liderlərindən sayılan Abu Ömər əş-Şişani yaralanıb

Dünya xəbərləri Materials 10 Mart 2016 13:13 (UTC +04:00)
"İslam dövləti" (İŞİD) terrorçu qruplaşmasının başçılarından biri olan Abu Ömər əş-Şişani sağdır, amma ağır yaralanıb.
İŞİD liderlərindən sayılan Abu Ömər əş-Şişani yaralanıb

Bakı. Elçin Hüseynov - Trend:

"İslam dövləti" (İŞİD) terrorçu qruplaşmasının başçılarından biri olan Abu Ömər əş-Şişani sağdır, amma ağır yaralanıb. Trend Reuters-ə istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqları üzrə Müşahidə Qrupunun (Syrian Observatory for Human Rights) məlumatında deyilir.

Bildirilir ki, Abu Ömər əş-Şişaninin ölməsi ilə bağı yayılan xəbər həqiqətə uyğun deyil. O ağir yaralanıb və İŞİD-in Rakka bazasında müalicə alır.

Xatırladaq ki, çərşənbə günü Pentaqonun yaydığı məlumata əsasən, əş-Şişaninin aradan götürülməsi üçün xüsüsi əməliyyat keçirilib. KİV-lərin məlumatlarına görə, əş-Şişani əməliyyat zamanı məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti