...

Ankarada terror hadisəsini törədən ikinci terrorçunun adı açıqlanıb

Dünya xəbərləri Materials 17 Mart 2016 10:42 (UTC +04:00)
Ankarada terror hadisəsini törədən ikinci terrorçunun adı açıqlanıb.
Ankarada terror hadisəsini törədən ikinci terrorçunun adı açıqlanıb

Bakı. Rufi Hafızoğlu - Trend:

Ankarada terror hadisəsini törədən ikinci terrorçunun adı açıqlanıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Hurriyet" qəzeti ölkənin hüquq-mühafizə orqanlarına istinadən məlumat verib.

Həmin terrorçunun 26 yaşlı Türkiyə vətəndaşı Özgür Unsal olduğu bildirilib.

Qəzetin verdiyi məlumata görə, Ö.Ünsal Ankaraya 6 il əvvəl Zonquldak əyalətindən gəlib.

Qeyd edək ki, Türkiyənin paytaxtı Ankarada martın 13-də terror aktı törədilib. Türkiyənin səhiyyə nazirinin açıqlamasında bildirilmişdi ki, güclü partlayış nəticəsində 37 nəfər ölmüş, 125 nəfər isə yaralanmışdı.

Qızılay meydanında avtobus dayanacağında avtomobilə yerləşdirilmiş partlayıcı qurğunun işə salınması nəticəsində baş vermiş partlayışın gücündən yaxınlıqdakı avtomobillər və binalar zərər görmüşdü.

Hadisə yerinə təhlükəsizlik qüvvələri və çoxlu sayda təcili tibbi yardım maşını cəlb olunmuşdu. Ərazi boşaldılmış, yaxınlıqdakı küçələrdə, avtomobil yollarında hərəkət məhdudlaşdırılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti