Bakı. Trend:
BMT-nin baş katibi Pan Gi Mun aprelin sonunda ilk dəfə Azərbaycana rəsmi səfər etməyi planlaşdırır. Trend-in məlumatına görə, bu barədə TASS agentliyinə mənbə bildirib.
"Mən dəqiq tarixi deyə bilmərəm, amma səfər BMT-də Paris iqlim üzrə sazişinin imzalanması mərasimindən sonra baş tutacaq" - deyə mənbə bildirib.