...

Suriyadan Türkiyə vilayətinə növbəti hücum: ölən və yaralananlar var

Dünya xəbərləri Materials 24 Aprel 2016 21:26 (UTC +04:00)
Türkiyənin Kilis vilayətinə Suriyanın "İslam dövləti" terror qruplaşmasının nəzarəti altında olan ərazisindən iki minaatan mərmisi düşüb.
Suriyadan Türkiyə vilayətinə növbəti hücum: ölən və yaralananlar var

Bakı. Trend:

Türkiyənin Kilis vilayətinə Suriyanın "İslam dövləti" terror qruplaşmasının (İŞİD) nəzarəti altında olan ərazisindən iki minaatan mərmisi düşüb.

Trend-in Milliyet qəzetinə istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölüb, 10 nəfər isə yaralanıb. Yaralananlar xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, həmçinin səhər saatlarında vilayətdə Suriyadan atılan iki mərminin partlaması nəticəsində 16 nəfər yaralanıb.

Öz növbəsində, Türkiyənin baş nazirinin müavini Yalçın Akdoğan ölən və yaralananlar barəsində məlumatı təsdiqləyib. O qeyd edib ki, İŞİD-in mövqelərinə dərhal zərbələr endirilib, hədəflər məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti