...

Moskvanın Kursk vağzalında bomba həyəcanı

Dünya xəbərləri Materials 16 İyun 2016 18:55 (UTC +04:00)

Bakı. Elçin Hüseynov - Trend:

Moskvanın Kursk vağzalında partlayıcı qurğu olması barədə məlumat daxil olduqdan sonra insanlar təxliyə edilib.

Bu barədə Trend "Moskva" agentliyinə istinadən xəbər verir.

Moskva Dəmiryol vağzalları müdiriyyətinin mətbuat xidmətindən bildiriblər ki, Kursk vağzalına bomba qoyulması barədə anonm zəng daxil olub. Zəngdən dərhal sonra insanların təxliyəsi başlayıb, hüquq-mühafizə orqanları yoxlamalar aparır.

Mətbuat xidmətindən qeyd ediblər ki, qatarların hərəkəti qrafik üzrə yerinə yetirlir.

Qeyd edək ki, bundan əvvəl Podmoskovyeda Nəqliyyat polisinin əməkdaşları Kazan, Kursk, Yaroslav, Leninqrad və Belarus vağzallarında partlayıcı qurğuların olması barədə yanlış xəbərin yayılmasında şübhəli bilinən bir nəfəri saxlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti