Bakı. Elçin Hüseynov - Trend:
Ukrayna və Avropa İttifaqı (Aİ) arasında vizasız rejimə dair qərar payızda qəbul ediləcək. Trend "İnterfax"-a istinadən xəbər verir ki, bu barədə Aİ-nın Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Komissarı Yohanes Han bəyan edib.
O əlavə edib ki, belə bir qərar oktyabr ayında müzakirə edilərək qəbul oluna bilər.
Y.Han əmin olduğunu bildirb ki, oktyabr ayına qədər Aİ Ukrayna ilə viza rejiminin liberallaşdırılması haqqında qərara gələcək.
Qeyd edək ki, daha əvvəl Avropa Parlamentinin Xarici Məsələlər üzrə Komitəsi Aİ-nın Ukrayna, Kosovo və Qürcüstanla vizasız rejiminin tətbiqinə dair qərarı bəyənib.