Bakı. Rufiz Hafizoğlu - Trend:
ABŞ Fəthullah Gülənin Türkiyəyə ekstradisiyası imkanını öyrənir.
Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kirbi deyib.
Onun sözlərinə görə, hazırda ABŞ-ın F.Gülənə qarşı mövqeyi dəyişməyib.
Qeyd edək ki, Türkiyə hökuməti ABŞ-a F.Gülənin Türkiyədəki hərbi çevrilişlə bağlı olması ilə əlaqədar sənədləri təqdim edib.
Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.