...

Türkiyədə yük qatarı partladılıb

Dünya xəbərləri Materials 30 İyul 2016 13:04 (UTC +04:00)

Bakı. Trend:

PKK terrorçuları Türkiyənin cənub-şərqində yerləşən Bingel vilayətində yük qatarını partladıblar.

Trend Türkiyənin "Haber 7" qəzetinə istinadən xəbər verir ki, terrorçular Beyhan və Suveren stansiyaları arasındakı dəmir yolunu uzaqdan idarə edilən əldə düzəldilmiş partlayıcılarla minalayıblar. Partlayış nəticəsində 6 vaqona ziyan dəyib.

Zərərçəkənlər haqqında məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti