...

Ruhani Bakıda Putinlə Türkiyəyə kömək məsələsini müzakirə edəcək

Dünya xəbərləri Materials 8 Avqust 2016 13:06 (UTC +04:00)
İran Prezidenti Həsən Ruhani Bakıda rusiyalı həmkarı Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana kömək göstərilməsini də müzakirə edəcək.
Ruhani Bakıda Putinlə Türkiyəyə kömək məsələsini müzakirə edəcək

Bakı. Trend:

İran Prezidenti Həsən Ruhani Bakıda rusiyalı həmkarı Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana kömək göstərilməsini də müzakirə edəcək. Trend-in məlumatına görə, bu barədə İran XİN rəhbərinin müavini İbrahim Rəhimpur RİA Novosti-yə müsahibəsində deyib.

O deyib: "Biz Putinlə bir yerdə cənab Ərdoğana ölkədə problemlərin həll edilməsi üçün dəstək göstərməyə hazırıq. Bu regional məsələlərə, İraq, Suriya ilə bağlı məsələlərə də aiddir".

Rəhimpur qeyd edib ki, bu gün Bakıda İran, Azərbaycan və Rusiya prezidentləri regionumuzda təhlükəsizliyi təmin edəcək məsələləri dəstəkləmək üçün görüşürlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti