...

Türkiyədə atışma: hərbçilər ölüb

Dünya xəbərləri Materials 3 Sentyabr 2016 15:20 (UTC +04:00)
PKK terror təşkilatının üzvləri ilə türk hərbçilər arasında atışma olub.
Türkiyədə atışma: hərbçilər ölüb

Bakı. Orxan Quluzadə - Trend:

Hakkari vilayətində PKK terror təşkilatının üzvləri ilə türk hərbçilər arasında atışma olub.

Trend-in "Haber7" qəzetinə istinadən verdiyi məlumata görə, atışma nəticəsində 3 hərbçi ölüb, 26-ı xəsarət alıb.Xəsarət alanlardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir.

İnsidentin qeydə alındığı əraziyə Türkiyə Silahlı Qüvvələrinin əlavə bölmələri göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti