Bakı. Orxan Quluzadə - Trend:
"Azad Suriya Ordusu" Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə İŞİD-dən daha altı yaşayış məntəqəsini azad edib.
Trend-in "Haber7" qəzetinə istinadən verdiyi məlumata görə, "Azad Suriya Ordusu" Türkiyə Silahlı Qüvvələri "Fərat qalxanı" hərbi əməliyyatı çərçivəsində Əl-Bab şəhəri istiqamətində hücum əməliyyatını davam etdirirlər.