Bakı. Trend:
Fransa hakimiyyəti Prezident Fransua Ollandın iqamətgahının mühafizəsini gücləndirmək qərarına gəlib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, buna səbəb kimi terror aktları barədə məlumatın əldə olunması göstərilir.
Fransa kəşfiyyat xidməti Yelisey sarayına qarşı terror hücumlarının həyata keçirilmə riskinin böyük olduğu barədə məlumat verib.