...

Hindistanda qatar qəzasında ölənlərin sayı 133-ə çatıb

Dünya xəbərləri Materials 21 Noyabr 2016 10:40 (UTC +04:00)
Qəzanın səbəbi hələ də məlum deyil.
Hindistanda qatar qəzasında ölənlərin sayı 133-ə çatıb

Bakı. Trend:

Hindistanın Uttar-Pradeş ştatında sərnişin qatarının relsdən çıxması nəticəsində ölənlərin sayı 133 nəfərə çatıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, hazırda 80 nəfərin meyiti tanınıb. Onların hamısı Hindistan vətəndaşlarıdır.

Hadisə yerində xilasetmə işləri başa çatıb.

Qəzanın səbəbi hələ də məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti