...

Rusiyalı dənizçilər piratlar tərəfindən ələ keçirilib

Dünya xəbərləri Materials 1 Dekabr 2016 19:11 (UTC +04:00)
Rusiyanın Nigeriyadakı səfirliyi 3 rusiyalı dənizçinin nigeryalı piratlar tərəfindən ələ keçirildiyini təsdiq edib.
Rusiyalı dənizçilər piratlar tərəfindən ələ keçirilib

Bakı. Trend:

Rusiyanın Nigeriyadakı səfirliyi 3 rusiyalı dənizçinin nigeryalı piratlar tərəfindən ələ keçirildiyini təsdiq edib. Trend-in məlumatına görə, bunu "İnterfaks" agentliyi səfirliyə istinadən bildirir.

Səfirliyin məlumatına görə, dənizçilərin ələ keçirilməsi barədə məlumat ötən axşam əldə edilib.

Daha əvvəl Yunanıstana məxsus, Panama bayrağı altında üzən “Saronik Briz” gəmisinin noyabrın 29-da Benin sahillərində piratlar tərəfindən ələ keçirildiyi barədə məlumat verilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti