Bakı. Trend:
Rusiyanın paytaxtı Moskvada yaşayış evlərinin birində partlayıcı maddə zərərsizləşdirilib. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.
Məlumatlara görə partlayıcı maddə 18 mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində aşkar edilib.
Hadisə yerinə gələn təhlükəsizlik qüvvələri binadan 145 nəfəri təxliyə edib.