...

ABŞ Türkiyəyə öz dəstəyini təklif edir

Dünya xəbərləri Materials 18 Dekabr 2016 08:18 (UTC +04:00)

Bakı. Trend

ABŞ Türkiyənin Kayseri vilayətində törədilən terror aktını qətiyyətlə pisləyir və terror aktının araşdırılmasında Ankaraya öz dəstəyini təklif edir.

Trend-in "TASS"-a istinadən verdiyi məlumata görə, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Con Kirbin bildirib.

Onun sözlərinə görə, ABŞ Türkiyə təhlükəsizlik qüvvələrinə növbəti terror hücumundan kədərlənib və hiddətlənib: "ABŞ bu mənfur aktı qətiyyətlə pisləyir və terrorla mübarizədə öz müttəfiqi Türkiyə ilə çiyin-çiyinə durub".

"Terrorçuların türk xalqına qarşı törətdiyi qeyri-insani aktlara heç bir bəraət qazandırmaq olmaz. Biz Türkiyə hakimiyyəti hadisə ilə bağlı sıx əlaqədəyik və hadisənin araşdırılmasında öz dəstəyimizi təklif edirik" , - deyə Kirbi bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti