...

Baş nazirin müavini: Andrey Karlov Rusiya və Türkiyə arasındakı dostluğun rəmzidir

Dünya xəbərləri Materials 20 Dekabr 2016 23:23 (UTC +04:00)
Andrey Karlov Rusiya və Türkiyə arasındakı dostluğun rəmzidir
Baş nazirin müavini: Andrey Karlov Rusiya və Türkiyə arasındakı dostluğun rəmzidir

Bakı. Trend:

Andrey Karlov Rusiya və Türkiyə arasındakı dostluğun rəmzidir.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ankaranın beynəlxalq hava limanında Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov ilə vida mərasimində Türkiyənin baş nazirinin müavini Toğrul Türkeş deyib.

"Bu cinayətin təşkilatçıları Karlovu öldürmədilər, onun adını tarixə yazdılar", - Türkeş deyib.

Onun sözlərinə görə, Karlov Türkiyədə səfir olduğu dövrdə Rusiya-Türkiyə münasibətləri çox ciddi sınaqlardan keçməli oldu və biz iki ölkənin liderlərinin və xalqlarının iradəsi ilə bu sınaqlardan keçdik. Səfir Karlov bu prosesə böyük töhfə vermişdi.

Baş nazirin müavini bildirib ki, dünən Ankarada baş vermiş hadisə Rusiya və Türkiyə münasibətlərinə xələl gətirmək istəyən qüvvələrin təxribatdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti