Bakı. Trend:
Moskva, Tehran və Ankaranın Suriya münaqişəsinin nizamlanması yolunda birgə addımlar atmağı ABŞ-ın bu prosesdə liderliyini itirməyi demək deyil.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət departamentinin rəsmi nümayəndəsi Con Kirbi deyib.
"Biz əvvəlki kimi diplomatik meydanda fəalıq. Əgər bu 3 dövlətin nümayəndələri Moskvada toplaşırsa, bu o demək deyil ki, ABŞ liderliyini itirir", - Kirbi deyib.