...

Pan Gi Mun Koreya prezidentliyinə namizədliyini verə bilər

Dünya xəbərləri Materials 21 Dekabr 2016 10:07 (UTC +04:00)
BMT-nin baş katibi Pan Gi Mun Koreya Respublikası prezidentliyinə namizədliyini vermək niyyətində olduğuna işarə edib.
Pan Gi Mun Koreya prezidentliyinə namizədliyini verə bilər

Bakı. Trend:

BMT-nin baş katibi Pan Gi Mun Koreya Respublikası prezidentliyinə namizədliyini vermək niyyətində olduğuna işarə edib.

Trend-in "Yonhap" agentliyinə istinadən verdiyi məlumata görə, baş katib koreyalı jurnalistlərlə görüşündə deyib: "Əgər mənə Koreya Respublikasını irəli aparmağa kömək etsələr, özümü tamamilə buna həsr edə bilərəm".

Lakin o, birmənalı şəkildə namizədliyini irəli sürüb-sürməyəcəyini bildirməyib.

Qeyd edək ki, P.G.Munun BMT-nin baş katibi kimi səlahiyyətləri bu ilin sonunda başa çatır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti