...

Roma Papası Meksikada pirotexnika bazarındakı partlayışla bağlı başsağlığı verib

Dünya xəbərləri Materials 22 Dekabr 2016 09:14 (UTC +04:00)
Roma Papası Fransisk Meksikanın Tultepek şəhərində pirotexnika bazarında baş vermiş partlayış zamanı həlak olanların ailələrinə başsağlığı verib.
Roma Papası Meksikada pirotexnika bazarındakı partlayışla bağlı başsağlığı verib

Bakı. Trend:

Roma Papası Fransisk Meksikanın Tultepek şəhərində pirotexnika bazarında baş vermiş partlayış zamanı həlak olanların ailələrinə başsağlığı verib, yaralananlara şəfa, səbr diləyib. Trend bu barədə RİA Novosti-yə istinadən məlumat verir.

Qeyd edək ki, həmin hadisə zamanı 33 nəfər ölüb, 60 nəfər yaralanıb, daha 12 nəfərin taleyi hələ məlum deyil.

Mexiko ştatı yaralı uşaqlardan bəzilərinin müalicə üçün ABŞ-a göndərilməsinə artıq nail olub.

Qeyd edək partlayış baş verən San-Pablito bazarı Meksikada 300 dükandan ibarət ən böyük leqal pirotexnika bazarıdır.

Xəbər lenti

Xəbər lenti