Bakı. Trend:
Liviyada yenidən başlayan hərbi toqquşmalar ekstremistlərin xeyrinə ola bilər, xüsusilə də İŞİD-in. Tərəflər səbirli olmalıdır.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Con Kirbi brifinqdə bildirib.
"Dərin narahatlıqla qeyd edirik ki, ölkənin mərkəzi regionunda liviyalılar arasında döyüşlər yenidən başlayıb. Biz hesab edirik ki, bu toqquşmalar, İŞİD-ə və digər ekstremistlərə fayda verəcək və biz tərəfləri səbirli olmağa çağırırıq", - Kirbi deyib.