Bakı. Trend:
Tehran Suriya ilə bağlı yanvarın 23-də Astanada keçiriləcək danışıqlarda ABŞ-ın iştirakına qarşıdır.
Trend "RİA Novosti"yə istinadən xəbər verir ki, İranın xarici işlər naziri Cavad Zərif belə bir bəyanatla çıxış edib.
C.Zərif deyib: "Biz ABŞ-ı bu danışıqlara dəvət etməmişik və bu ölkənin görüşdə iştirakının əleyhinəyik".