Bakı. Trend:
Çinin Şoçjou şəhərinin Şansi əyalətində kömür şaxtasında uçqun nəticəsində doqquz mədən fəhləsi həlak olub.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bir nəfəri xilas etmək mümkün olub. Hazırda o xəstəxanadadır və onun vəziyyəti sabit kimi qiymətləndirilir.
Hadisənin səbəbi araşdırılır.