İspaniyada uşaqlarla dolu avtobus aşıb - 17 yaralı

Dünya xəbərləri Xəbər 25 Yanvar 2017 13:36 (UTC +04:00)

Bakı. Trend:

İspaniyanın paytaxtı Madrid yaxınlığında məktəbliləri daşıyan avtobus aşıb. Trend-in məlumatına görə, hadisə nəticəsində 17 uşaq xəsarət alıb.

Avtobusda 25 şagirdin olduğu barədə məlumat verilib. Qəza avtobusun döngədə idarəetməni itirməsi nəticəsində baş verib.

Yaralılar xəstəxanalara yerləşdirilib. Onların həyatına heç bir təhlükə olmadığı bildirilir.

Xəbər lenti

Xəbər lenti