...

Məşhur fransız aktrisa vəfat edib

Dünya xəbərləri Materials 28 Yanvar 2017 14:29 (UTC +04:00)

Bakı. Trend:

Fransanın teatr və kino aktrisası Emmanuel Riva 89 yaşında vəfat edib.

Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

"Monde" qəzeti bu gün Parisdə gözlərini əbədi yuman aktrisanın 4 ildir xərçəng xəstəliyi ilə mübarizə apardığını yazıb.

Qeyd edək ki, E.Riva "Ən yaxşı qadın rolu" kateqoriyasında (2013-cü il - "Sevgi" filmi) "Oskar" mükafatına layiq görülən ən yaşlı aktrisa olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti