Bakı. Trend:
İstanbulda Yeni il gecəsi "Reina" əyləncə klubunda 39 nəfəri qətlə yetirən Abdulkadir Maşaripov edam olunmasını istəyir.
Trend-in məlumatına görə, terrorçu məhkəməyə ifadəsində Türkiyə dövləti əleyhinə fəaliyyət göstərmədiyini bildirib: "Türkiyəyə qarşı bir hərəkət etmədim. Peşman deyiləm. Qisas aldığımı düşünürəm".
"Reina" hadisəsindən əvvəl hər hansı oxşar hərəkət etmədiyini deyən A.Maşaripov universitet məzunu və müəllim olduğunu qeyd edib:
"Mən İŞİD üzvüyəm. Dünyada xristianların törətdiyi qətllərə qarşı, onlardan intiqam almaq məqsədilə məhz onların bayram günündə bu addımı atdım. Məqsədim xristianları öldürmək idi. Haqqımda edam hökmü çıxarılsa, yaxşı olar".